Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

DƏSTƏKLƏYİCİ XİDMƏTLƏR


Mediada böyük təsirə malik olan təşkilatlar, gündəlik xəbərləri izləyərkən vaxtlarının böyük hissəsini bu fəaliyyətə ayırırlar.

MTM, hər səhər hazırlayaraq abunəçilərinə təqdim etdiyi «Xəbər xülasələri» xidmətilə, dövrümüzdə çox dəyərli olan “vaxt”ı öz müştərilərinə hədiyyə edir.
 
Eyni xəbərləri oxumaqla vaxt itkisi yaratmayan xüsusi hesabat…
Şirkətvə rəqiblərilə bağlı mətbuatda qeyd edilən xəbər və yazılar, məzmununa əsasən qruplaşdırılaraq xülasə şəklinə salınır, qısa hesabata çevrilir. Xəbərlər əhəmiyyətinə görə siyahı formasında qeyd edilir, buraya xəbər ünvanları da əlavə edilərək istifadə üçün hazır vəziyyətə gətirilir. Xəbər xülasələri hər səhər 08:00-dan etibarən təqdim olunur.

«Xəbər xülasələri» xidməti, eyni xəbərlərin bir-bir oxunması nəticəsində yaranan vaxt itkisinin qarşısını alır, bütün məlumatlara daha tez diqqət yetirmək imkanı verir. 


 Hansı mövzuyla bağlı xəbərlər, neçə qəzet, televiziya kanalı və xəbər səhifəsində öz əksini tapdı?

 Mövzuyla bağlı xəbərlər hansı yayımlarda və necə qeyd olundu?

 Günün ən çox əks-səda doğuran mövzusu hansıdır?

 Rəqiblər ən çox hansı mövzularla, hansı yayımlarda qeyd edildi?

«Xəbər xülasələri» xidməti, əhəmiyyət dərəcəsinə görə siyahı halına salınan və diqqətlə hazırlanan xüsusi hesabat olması xüsusiyyəti sayəsində, yüzlərlə xəbər arasında itmədən, gündəlik qiymətləndirmələr aparmağınıza imkan verir…



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE