Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Əmanətlərinizi hansı banka etibar etmək olar?

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Şirkət banklar ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 13588 xəbər yerləşdirilib. Bunlardan 13185-i neytral, 327-si mənfi, 76-sı isə müsbət xəbərdir.
 
Mənfi xəbərlər arasında “liderlər”: Azərbaycan Beynəlxalq Bankı (97 xəbər - bankın filialında axtarış aparılıb), Bank of Azerbaijan (53 xəbər - bankın lisenziyası ləğv oluna bilər), Unibank Kommersiya Bankı (41 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq).
 
Müsbət xəbərlər arasında liderlər: Kapital Bank  (42 xəbər - Azərbaycanın ən yaxşı bankı seçilib),
AccessBank (24 xəbər - ilin ən yaxşı bankı seçilib), DəmirBank (9 xəbər - ABŞ-ın nüfuzlu müştəri mühafizəsi sertifikatına layiq görülüb).
 
Xəbər sayına görə sıralama:
 
  1. Azərbaycan Beynəlxalq Bankı
4316 xəbər
  1. Kapital Bank
875 xəbər
  1. Unibank Kommersiya Bankı
802 xəbər
  1. Bank of Baku
629 xəbər
  1. DəmirBank
443 xəbər
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 543 xəbər dərc edilib. Bu xəbərlərdən 533  xəbər neytral, 10 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Bank of Azerbaijan (3 xəbər - bankın lisenziyasıi ləğv oluna bilər), Unibank  Kommersiya Bankı (2 xəbər - bankdan vətəndaşa qarşı özbaşınalıq).
 
Xəbər sayına görə sıralama:
 
  1. Azərbaycan Beynəlxalq Bankı
183 xəbər
  1. Kapital Bank
41 xəbər
  1. Unibank Kommersiya Bankı
29 xəbər
  1. VTB Bank
25 xəbər
  1. Naxçıvanbank
23 xəbər
 
Dekabr  ayında televiziya kanallarında banklar haqqında 85 xəbər göstərilib.  
 
  1. Azərbaycan Beynəlxalq Bankı                             28 xəbər
  2. Kapital Bank                                                              19 xəbər
  3. Naxçıvanbank                                                           11 xəbər
  4. Azər-Türk Bank                                                         8 xəbər
  5. Unibank Kommersiya Bankı                                  4 xəbər
 
 
Qeyd: Mərkəzi Bank hesabatlara daxil deyil.



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE