Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

“Erkən xəbərdarlıq” xidməti

Təhlükə və imkanları daha fəal idarə etmək, reaksiya göstərmək sürətini artırmaq istəyən təşkilatlar üçün böyük dəstək təqdim edən “Erkən xəbərdarlıq” xidməti, mediadakı mühüm inkişafın tezliklə digər təşkilatlara xidmət etməsini öz qarşısına əsas məqsəd qoymuşdur.

MTM-in mütəxəssis redaktorları tərəfindən hazırlanan xəbər seçimi, təşkilatın özü, rəqibləri və ya sektoru ilə bağlı, strateji baxımdan böyük əhəmiyyətə malik olan, dərhal reaksiya vermə ehtiyacı yaradacaq xəbərlərin təhlil edilərək qısa vaxt ərzində əlaqədar şəxslərə xidmət etməsi kimi təqdim olunur.

İmkan və ya təhlükələr yarandıqda asan həll yolları…
Dövrümüzün ən böyük və fəal qüvvələrindən biri olan media, şirkət idarəetmə strategiyalarında da mühüm rola malikdir. Mediada artan yayım və ismarış sayı, bəzən təşkilatların dərhal reaksiya göstərəcəkləri məlumatlardan xəbərsiz olmalarına səbəb olur.

MTM-in mütəxəssis redaktorları, mediada yayımlanan hər xəbəri qiymətləndirərək, müxtəlif parametrlərlə tədqiq edir, təhlükə və ya imkan xüsusiyyətlərini nəzərə alaraq dərhal təşkilatlara çatdırırlar. 

“Erkən xəbərdarlıq” xidmətində;

    Xəbər agentliklərinin mediaya ötürdüyü xəbərlər sinxron şəkildə tədqiq edilir, mühüm xəbərlər ismarış, elektron məktub və ya telefon vasitəsilə abunəçiyə çatdırılır.

    Milli qəzetlərə gecədən nəzər yetirilir, təhlükəli xəbərlərlə bağlı məlumatlar verilir.

    Sosialmediada və sosial şəbəkələrdə yayımlanan, həmçinin təhlükə və ya imkan ehtimalı böyük olan xəbər, məlumat və şərhlər əlaqədar yerlərə çatdırılır.

    Televiziya kanallarında yayımlanan və dərhal reaksiya verilməsini tələb edən xəbər və ya şərhlər, qısa müddət ərzində abunəçiyə çatdırılır.

    Yerli media və jurnallarda yayımlanan, həmçinin tədqiq edilməsi zəruri olan məlumatlar sürətlə yoxlanılır, qiymətləndirilir və dərhal əlaqədar şəxslərə tədqim edilir

«Erkən xəbərdarlıq» xidmətindən istifadə edən təşkilatlar təhlükələri imkanlara çevirir, imkanları əldən vermədən rəqabət üstünlüyü qazanır.



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE