Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

“İlin ən yaxşı rektoru” mükafatı hansı təhsil müəssisəsini liderə çevirib?

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Şirkət dövlət universitetləri ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 13720 xəbər yerləşdirilib. Bunlardan 479 xəbər mənfi, 55 xəbər müsbət və 13186 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (75 xəbər - imtahan, zaçot və qayıbpulu yığımı), Azərbaycan Dövlət İqtisad Universiteti (64 xəbər - korrupsiya), Azərbaycan Texnologiya Universiteti (62 xəbər - universitetdə 500 min manatdan çox pul yeyintisi), Azərbaycan Müəllimlər İnstitutu (61 xəbər - saxta diplom). Bakı Ali Neft Məktəbi isə müsbət xəbərlər arasında 33 xəbərlə (rektorun “İlin ən yaxşı rektoru” mükafatı ilə təltif olunması) liderdir.
 
Xəbər sayına görə sıralama:
 
  1. Bakı Dövlət Universiteti                                                       2051    xəbər
  2. Azərbaycan Dövlət İqtisad Universiteti                               1227    xəbər
  3. ADA Universiteti                                                                 938      xəbər
  4. Bakı Slavyan Universiteti                                                     627      xəbər
  5. Azərbaycan Dillər Universiteti                                             553      xəbər  
   
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1691 xəbər dərc edilib. Bu xəbərlərdən 1679-u neytral, 6-sı mənfi, 6-sı isə müsbət xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti (2 xəbər - prorektorun qətli ilə bağlı), Azərbaycan Müəllimlər İnstitutu (2 xəbər - bağlanması). Müsbət xəbərlər arasında lider Bakı Ali Neft Məktəbidir (3 xəbər - rektorun “İlin ən yaxşı rektoru” mükafatı ilə təltif olunması)
 
Xəbər sayına görə sıralama:
 
  1. Bakı Dövlət Universiteti                                                       330      xəbər
  2. Azərbaycan Dövlət İqtisad Universiteti                               130      xəbər
  3. Bakı Slavyan Universiteti                                                     129      xəbər
  4. ADA Universiteti                                                                 88        xəbər
  5. Bakı Ali Neft Məktəbi                                                          86        xəbər
 
 
Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 284 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:
 
  1. Bakı Dövlət Universiteti                                                      52        xəbər
  2. ADA Universiteti                                                                 30        xəbər
  3. Azərbaycan Dövlət İqtisad Universiteti                               29        xəbər
  4. Bakı Slavyan Universiteti                                                     23        xəbər
  5. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası                                    13        xəbər
 
 



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE