Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

İnformasiya otağı

Təşkilatın mediada nə qədər müsbət təsirə malik olduğu, onun gücünün də göstəricilərindən biri kimi qəbul edilir. Digər tərəfdən, ən vacib məlumatları mümkün qədər geniş kütləyə çatdırmaq da mühüm məqsədlərdən biridir.
Bu səbəbdən, bir çox təşkilat, internet səhifəsində “İnformasiya otağı”, “Mətbuatda biz”, “Medianın məlumatı” və başqa adlarla mediada qeyd edilən xəbərləri abunəçiləri və müştərilərilə bölüşürlər.

Lakin həmin mərhələdə yenilənmə prosesində çətinliklər yaranır. Bir müddət sonra bu sahənin yenilənməməsi isə tez-tez qarşılaşdığımız haldır. Yeni xəbərlər sistemə əlavə edilmədikdə isə təşkilatın əsas məqsədi olan “güclü təşkilat” görünüşü, yenilənməyən bu bölmə səbəbilə zəifləyir, hətta mənfi fikir yaradır…

Nəzərdə tutduğunuz kütləyə müsbət təsir edəcək məlumatlarınızı təşkilatla bağlı səhifənizdə bir düyməylə asanlıqla bölüşün…
Təşkilatların, mediadakı məlumatları öz internet səhifələrində mütəmadi olaraq bölüşmə ehtiyacına cavab vermək üçün «İnformasiya otağı» xidmətini yaradan və bunu həyata keçirən MTM, professional xidmətilə yenilənmə problemini əsaslı şəkildə həll edir.

«İnformasiya otağı» xidməti sayəsində təşkilatın qəzet, jurnal, televiziya və radio kanalı, həmçinin xəbər səhifələrində yayımladığı xəbərlər, öz internet səhifəsində avtomatik şəkildə yenilənir. 

«İnformasiya otağı» xidməti, iki müxtəlif yayım seçimilə fəaliyyət göstərir;

    Sinxron avtomatik yayım: Təşkilat və şirkətləri ilə bağlı mediada yayımlanan hər xəbər (heç bir xəbər çıxarılmadan), abunəçinin internet səhifəsində sinxron şəkildə yayımlanır.

    Sərbəst xəbər yayımı: İnformasiya otağının sərbəst xəbər yayımı alternativində isə təşkilat, internet səhifəsində yayımlanmasını istədiyi xəbərləri işarə edərək bu xəbərləri bir düyməyə basmaqla dərhal öz səhifəsinə gətirir. Sərbəst xəbər yayımı, mediada mənfi xəbərlərlə təsir yaratma ehtimalı olan təşkilatlar üçün müəyyən nəzarət mexanizmi əmələ gətirir.

«İnformasiya otağı» xidməti, təşkilatla bağlı şəxsi xüsusiyyətlərinizə uyğun, özünəməxsus layihə imkanı yaradır…



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE