Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Ləğv edilməsi haqqında şayiələr komitəni media liderinə çevirib...

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Şirkət dövlət komitələri ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 10014 xəbər yerləşdirilib. Bunlardan 425-i mənfi, 423-ü müsbət və 9166-sı isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (134 xəbər - ləğv edilməsi haqqında xəbərlər proqnozlaşdırılır), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (77 xəbər - ləğv edilməsi), Əmlak Məsələləri Dövlət Komitəsi (62 xəbər - MTN cinayətlərində Kərəm Həsənov izi haqqında). Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 390 xəbərlə (gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısı alınıb) liderdir.
 
Xəbər sayına görə sıralama:
 
  1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi                                        2237 xəbər                 
  2. Dövlət Gömrük Komitəsi                                                                 2107 xəbər                 
  3. Dövlət Statistika Komitəsi                                                               1716 xəbər                 
  4. Əmlak Məsələləri Dövlət Komitəsi                                                   1037 xəbər
  5. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi          832 xəbər
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1391 xəbər dərc edilib. Bu xəbərlərdən 1305-i neytral, 51-i müsbət, 35-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (9 xəbər - ləğv edilməsi haqqında xəbərlər proqnozlaşdırılır), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (8 xəbər - ləğv edilməsi). Dövlət Gömrük Komitəsi (40 xəbər - gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısı alınıb) isə müsbət xəbərlər arasında liderdir.
 
Xəbər sayına görə sıralama:
 
  1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi                                        476 xəbər       
  2. Dövlət Gömrük Komitəsi                                                                 278 xəbər
  3. Dövlət Statistika Komitəsi                                                               172 xəbər                   
  4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi                   131 xəbər
  5. Əmlak Məsələləri Dövlət Komitəsi                                                  122 xəbər                   
 
Dekabr ayında televiziya kanallarında komitələr haqqında 354 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:
 
1.      Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi                                   142 xəbər       
2.      Əmlak Məsələləri Dövlət Komitəsi                                            70 xəbər
3.      Dövlət Gömrük Komitəsi                                                                       63 xəbər         
4.      Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi            44 xəbər
Standartlaşma, Metrologiya və Patent üzr


FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE