Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Media Məlumat Kitabçası nədir?

Media Məlumat Kitabçası nədir?
Türkiyənin ən əhatəli və mütəmadi yenilənən media məlumat kitabxanasıdır. MTM-in mütəxəssis və sahəsində təcrübəli olan heyəti tərəfindən hazırlanan MMK, qəzet, jurnal, televiziya kanalları, radio, televiziya və radio proqramları, xəbər agentliklərilə bağlı ən yeni məlumatları istifadənizə təqdim edir.
 
MMK, bazasındakı minlərlə məlumatı ilə təqdimat, ictimaiyyətlə əlaqələr, sponsorluq və reklam kampaniyalarının media planları üçün məlumat mərkəzidir.
 
Media Məlumat Kitabçasında hansı məlumatlar təqdim olunur?
 
Yayımlar haqqında məlumatlar və əlaqə ünvanları: Mənbə, yayım adı, ili, yayım növü, yayım paylanılması, əlaqə məlumatları -Telefon, faks, elektron məktub, poçt ünvanı, URL, yayım məzmunu, yayım qrupu və başqa məlumatlar…
 
Mətbuat nümayəndələrilə bağlı məlumatlar və əlaqə ünvanları: İşlədiyi mənbə, yayım adı, vəzifəsi (ünvanı), şəxsi əlaqə məlumatları, maraq dairəsi, maraq dairəsinin təfsilatı, köşə yazısının adı, proqram adı, yayım günləri və başqa məlumatlar…
 
 Proqramlar: MMK-da qeydiyyata alınan bütün radio və televiziya proqramlarının hesabatının aparıldığı sahədir. Bununla yanaşı, ən məşhur televiziya proqramlarının MTM tərəfindən seçilən bölməsinin təqib edilmə imkanı verilir. Proqramlar bölməsində hansı kanalda hansı proqramların olması, hansı məzmunlu proqramlar hansı kanallarda nümayiş etdirilməsi, proqramın canlı, yoxsa videoyazı olması, qonaqlarının olub-olmaması, həmçinin hansı günlər yayımlanması ilə bağlı məlumatları əldə etmək mümkündür.
 
Yayım təqdimatı/təhlillər: Yayımlara, yayım qruplarına və ya müxtəlif məzmunlara əsasən xüsusi hazırlanmış təqdimat və təhlil bölməsidir. Hər hansı yayım, yayım qrupu və ya maraq dairəsilə (Məsələn, idman, uşaq, dəb, iqtisadiyyat və s.) bağlı araşdırma aparmaq istəyən ictimaiyyətlə əlaqələr sahəsində işləyən şəxslər üçün mövzu ilə bağlı ən təfsilatlı məlumatların təqdim olunduğu yayım təqdimatı/təhlillər istifadəçinin media məlumatlarını əldə etmə imkanlarını artırır.
 
Jurnalın üz qabıqları: MTM-in təqib siyahısında olan jurnalların bütün üz qabıqlarının təqdim olunduğu bölmədir. Bu sahədə jurnalların dövriliyi, paylanması və ya məzmunlarına görə süzgəcdən keçirilməsi təmin edilir.
 
Yayım formatları: MTM-in təqib siyahısında yer alan qəzet, jurnal və əlavələrinin sondan əvvəlki sayları tam səhifə kimi təqdim edilir. Abunəçi araşdırmaq istədiyi yayımı seçərək, tam səhifələrini əldə edirlər.
 
 Köşə yazıçıları: MTM-in təqib siyahısında yer alan qəzet, jurnal və əlavələrində yazan bütün köşə yazıçılarının son beş yazısı "Köşə yazıçıları" bölməsindən əldə edilir. Abunəçi daha yaxşı tanımaq ehtiyacı hiss etdiyi yazıçının son yazılarını oxuyaraq ümumi meylləri və maraq dairələrilə bağlı geniş məlumat əldə edir.
 
Mətbuat Bülleteni Hesabatı: Mətbuat Bülleteni Hesabatı, abunəçinin göndərdiyi mətbuat siyahılarını qəbul etdiyi və bunlara qeydlər əlavə etdiyi, həmçinin "Excel"ə ötürdüyü bölmədir.
 
Media Məlumat Kitabçasına abunə olma və yeniləmə necə həyata keçirilir?
Media Məlumat Kitabçası, abunə sistemilə xidmətə təqdim olunur. İstifadəçi abunə olduğu müddətdə məlumatları əldə etmə və MTM tərəfindən daim yenilənən informasiyaları ehtiyacına uyğun tərzdə istifadə etmə haqqına malik olur.
 
Media Məlumat Kitabçası, MTM tərəfindən xüsusi olaraq hazırlanan proqramdır. Abunəçinin kompüterinə daxil edilən və bir şifrlə idarə edilən proqram internet vasitəsilə, bir düyməyə basmaqla bir neçə dəqiqə ərzində asanlıqla yenilənir.
 
Media Məlumat Kitabçasında hansı işlər aparılır?
  Hər cür tək və çoxsüzgəcli işlər asanlıqla həyata keçirilir, süzgəcin nəticələri qeyd olunur, xüsusi kateqoriyalar yaradılır.
  Göndərilən siyahılar Mətbuat Bülleteni Hesabatı bölməsində qeyd olunur, "Excel"ə ötürülür.
  Tələb edilən yayım və ya şəxslərə cəm halda elektron məktub və ya faks göndərilir.
  Tələb edilən şəxs və ya yayımlara sənəd göndərilməsi üçün etiket çap edilə bilər.



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE