Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Mehriban Əliyeva dekabr ayında medianın gündəmini zəbt edib

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
 
Mərkəz deputatlarla bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 33841 xəbər yerləşdirilib. Bunlardan 2140 xəbər mənfi, 367 xəbər müsbət və 32134 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Naqif Həmzəyev (1325 xəbər - Rəsulzadə ilə bağlı etdiyi təhqir), Zeynəb Xanlarova (196 xəbər - MM-in iclasına gəlməməsi), Ülviyyə Həmzəyeva (161 xəbər - MM-in iclasına gəlməməsi). Mehriban Əliyeva isə müsbət xəbərlər arasında 196 xəbərlə (müxtəlif medallarla təltif olunması) liderdir.
 
Xəbər sayına görə sıralama:
 
  1. Mehriban Əliyeva                                                     2549 xəbər
  2. Rövnəq Abdullayev                                                  2218 xəbər
  3. Oqtay Əsədov                                                                      1800 xəbər
  4. Siyavuş Novruzov                                                     1458 xəbər
  5. Naqif Həmzəyev                                                       1445 xəbər
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 4261 xəbər dərc edilib. Bu xəbərlərdən 4168-i neytral, 26-sı müsbət, 67-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Naqif Həmzəyevə (29 xəbər - Rəsulzadə ilə bağlı etdiyi təhqir), Zeynəb Xanlarovaya (13 xəbər - MM-in iclasına gəlməməsi) və Ülviyyə Həmzəyevaya (11 xəbər - MM-in iclasına gəlməməsi) məxsusdur. Müsbət xəbər arasında isə Mehriban Əliyeva (18 xəbər - müxtəlif medallarla təltif olunması) liderdir.
 
Xəbər sayına görə sıralama:
 
  1. Mehriban Əliyeva                                                     388 xəbər
  2. Siyavuş Novruzov                                                     218 xəbər
  3. Oqtay Əsədov                                                                      203 xəbər
  4. Əflatun Amaşov                                                       199 xəbər
  5. Bahar Muradova                                                       160 xəbər
 
 
Dekabr ayında televiziya kanallarında deputatlar haqqında 1533 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:
 
  1. Mehriban Əliyeva                                                     192 xəbər
  2. Bahar Muradova                                                       93 xəbər
  3. Siyavuş Novruzov                                                     91 xəbər
  4. Rövnəq Abdullayev                                                  65 xəbər
  5. Əflatun Amaşov                                                       62 xəbər
 
 



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE