Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Ölkədə yalnız Gömrük Komitəsi çalışır?

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı avqust ayı üzrə məlumatları təqdim edir.
 
2017-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 5377 xəbər yerləşdirilib. Bunlardan 497-si müsbət, 10-u mənfi və 4870-i isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (497 xəbər - gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması), mənfi xəbərlər isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (10 xəbər – Qaçqınkoma rüşvət ittihamı, Əli Həsənovun istefası tələb olunur) aiddir.

 
Xəbər sayına görə sıralama:

 

1 Dövlət Statistika Komitəsi 1570 xəbər
2 Dövlət Gömrük Komitəsi 1406 xəbər
3 Əmlak Məsələləri Dövlət Komitəsi 615 xəbər
4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 477 xəbər
5 Diasporla İş üzrə Dövlət Komitəsi 440 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 400 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 256 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 200 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 16 xəbər
10 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 1 xəbər
 
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1207 xəbər dərc edilib. Bu xəbərlərdən 1146-sı neytral,  61-i isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsinə (61 xəbər - gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) məxsusdur. Avqust ayında yazılı mətbuatda bu sektorla əlaqəli mənfi xəbər dərc olunmayıb.
 

Xəbər sayına görə sıralama:
 

1 Dövlət Statistika Komitəsi 318 xəbər
2 Dövlət Gömrük Komitəsi 241 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 202 xəbər
4 Diasporla İş üzrə Dövlət Komitəsi 152 xəbər
5 Əmlak Məsələləri Dövlət Komitəsi 115 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 81 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 56 xəbər
8 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 35 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2 xəbər
 
 
 
Avqust ayında televiziya kanallarında komitələr haqqında 347 xəbər göstərilib.
 

Xəbər sayına görə sıralama:
 

1 Dövlət Gömrük Komitəsi 68 xəbər
2 Diasporla İş üzrə Dövlət Komitəsi 63 xəbər
3 Dövlət Statistika Komitəsi 63 xəbər
4 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 58 xəbər
5 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 40 xəbər
6 Əmlak Məsələləri Dövlət Komitəsi 39 xəbər
7 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 11 xəbər
8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər




FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE