Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Sektorun Gündəlik hesabatları

Mediada hər gün milyonlarla ismarış göndərilir. Həmin ismarışların bəzisi təşkilatınız üçün çox mühüm, bəzisi isə əhəmiyyətsizdir. Milyonlarla xəbər arasından sizin üçün mühüm olanları seçmək MTM-in vəzifələrinə aiddir. Hər səhər sektorun xüsusi gündəlik hesabatlarını hazırlayaraq sizə təqdim edən MTM-in mütəxəssis heyəti, sanki iş yerinizdə köməkçilərinizdir.

Təşkilatınızın maraq dairəsinə daxil olan “sektor gündəliyi” bülletenlərinə abunə olaraq, həm sektorun nəbzini tutar, həm də rəqiblərinizdən bir addım önə keçərsiniz. Sektor hesabatlarında qeyd edilən başlıca mövzular bunlardır;

  • Şirkətlərin strateji izahları 
  • Yeni şərikliklər 
  • Yeni bazar axtarışı 
  • Yeni bazara daxil olma qərarı 
  • Fəaliyyət göstərilən bazardan çıxmaq qərarı
  • Birgə əməkdaşlıqların sona çatması 
  • Yeni məhsul və ya xidmətin elan edilməsi
  • Yeni kampaniyalar 
  • Məhsullarda edilən dəyişiklik və ya yeniliklər
  • Yeni mağaza, ofis və ya şöbənin açılması 
  • Şirkətin mükafat qazanması 
  • Yeni sponsorluq sazişləri 
  • Yeni təşkilatla bağlı ictimai məsuliyyət layihəsinin başlaması 
  • İctimai məsuliyyət və ya sponsorluq sazişlərində qeydə alınan mühüm inkişaf 
  • Şirkətin yeni reklam kampaniyasına başlaması 
  • Şirkətin görünüş və ya ismarış dəyişikliyi aparması 
  • Təşkilatın mənfəət və ya zərəri qeyd etməsi, həmçinin başqa strateji qərarlar qəbul etmədə mühüm rol oynayan hər cür dəyişiklik qısa hesabata çevrilərək müştəriyə elektron bülleten formasında çatdırılır.


FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE