Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Şirkət bağlansa da, gündəmdən düşmür...

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Media Təqib Mərkəzi sığorta şirkətləri ilə bağlı avqust ayı üzrə məlumatları təqdim edir.
 
2017-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 575 xəbər yerləşdirilib. Bunlardan 531-i neytral, 44-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Standard İnsurance (17 xəbər - Şirkətdə erməniləri kim işə götürür?), Rəvan Sığorta (17 xəbər – Nurgün-Motors müştərilərini aldadır). Avqust  ayında elektron mətbuatda sığorta şirkətləri haqqında müsbət xəbər verilməyib.
 

Xəbər sayına görə sıralama:
 

1 ATA Sığorta 55 xəbər
2 Standard İnsurance (Sığorta) 53 xəbər
3 Paşa Sığorta 49 xəbər
4 AzSığorta 40 xəbər
5 Atəşgah Sığorta 39 xəbər
6 AXA MBASK Sığorta 35 xəbər
7 Paşa Həyat Sığorta 33 xəbər
8 Dövlət Sığorta Kommersiya Şirkəti 30 xəbər
9 Alfa İnsurance (Sığorta) 28 xəbər
10 Xalq Sığorta 26 xəbər
 
 
 Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 37 neytral xəbər dərc edilib. Avqust ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.
 
 

Xəbər sayına görə sıralama:
 

1 Qala Həyat Sığorta 7 xəbər
2 Alfa İnsurance 5 xəbər
3 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 4 xəbər
4 Paşa Həyat Sığorta 4 xəbər
5 Paşa Sığorta 3 xəbər
6 ATA Sığorta 3 xəbər
7 Azal Sığorta 2 xəbər
8 Dövlət Sığorta Kommersiya Şirkəti 2 xəbər
9 AzSığorta 2 xəbər
10 Atəşgah Sığorta 1 xəbər
                      
 
Avqust ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 2 xəbər göstərilib. Bu xəbərlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aiddir.




FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE