Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Şirkətizlə bağlı bütün fikirlərə qulaq asın!

Dövrümüzdə təsir qüvvəsi çox yüksək əlaqə vasitələrindən biri olan mətbuata MTM tərəfindən şirkətlər üçün nəzarət edilir və qiymətləndirmə aparılır. Qiymətləndirmə aparılmadığı təqdirdə böyük təhlükə, mütəmadi təqib edildikdə isə düzgün nəticələr və geniş imkanlar doğuran mətbuat, MTM-in professional xidmətilə əlaqələndiricilərin gücünə güc qatır.
 
Günün istənilən saatında informasiya vasitələrindən interaktiv şəkildə məlumat əldə etmək imkanı!
 
Azərbaycanda milli, yerli və regional yayım həyata keçirən bütün qəzet və jurnalları  təqib edən MTM, ən son texnologiyaları və mütəxəssis heyətilə sektorda informasiya vasitələrinə nəzarətə yeni nəfəs gətirib. Təşkilat mətbuatın təqib edilməsini daim inkişaf etdirərək yüksək səviyyəli xidməti tələb edən xüsusiyyətilə sektordakı liderliyini qoruyub saxlayır.

Məzmununun kəmiyyət və keyfiyyət göstəricilərilə insanların vaxta qənaət etmələrinə imkan verən gündəlik «Xəbər xülasələri» xidməti,

Vizual axtarış, redaktor dəstəyi və keyfiyyətə nəzarət funksiyası təmin edilən üçistiqamətli nəzarət sistemi sayəsində doğru qiymətləndirmələr,

Böhran anında, müştərinin vəziyyətini nəzərə alaraq onu zərərlərdən dərhal xəbərdar etməsi,

Təşkilatlar üçün xüsusi alternativ xidmətlər,

Təşkilatın arxiv xidməti,

İnteraktiv təhlil imkanı ilə MTM əlaqələndiricilərinin işini asanlaşdırır.
 
Mətbuatın təqib edilməsi, təhlil edilmiş, keyfiyyətli məlumat təqdim etməklə insanların vaxta qənaət etmələrinə imkan verir…
MTM, təqib etdiyi bütün qəzet və jurnalları ən əvvəl vizual yoxlamadan keçirərək sistemə avtomatik məlumatlar ötürür. Sistemə ötürülən yayımlar vizual oxunmaqla yanaşı, redaktor nəzarətindən də keçərək təhlil edilir. Sistemə çatdırılan bütün məlumatlar mövzu, şirkət və ya sektor fərqinə əsasən təsnifatlandırılaraq müştərinin istifadəsinə təqdim olunur.
 

Redaktorlar və keyfiyyətə nəzarət heyəti xəbərlərə nəzarət edərək şirkətlə əlaqəsi olmayan xəbərləri nəzərdən keçirir. Beləliklə, müştəri sistemdə yalnız onu maraqlandıran xəbərlərlə qarşılaşır.

Mətbuat xəbərləri hər səhər 08:00-da müştərilərə bülleten və ya elektron məktub formasında çatdırılır.

Medianın təqib edilməsilə bağlı MTM-in xüsusi avtomatlaşdırma sisteminin təqdim etdiyi əsas üstünlüklərdən biri də çatdırılan hər xəbərin interaktiv olaraq eyni vaxtda əks olunmasıdır. Nəticədə, sistem daim yenilənir, müştəri günün istənilən saatında sistemə çatdırılan yeni xəbərləri əldə edir.

 Müştəri, zamandan və məkandan, həmçinin dünyanın harasında olmasından asılı olmayaraq, günün 24 saatı MTM-in, mətbuatın təqib edilməsi xidmətinə qoşulur.
 
Alternativ xidmətlər:

Təşkilat öz müştərilərinə xidmətləri təqdim edərkən onların ehtiyaclarına ən çox uyğun olan xidməti tövsiyə edir. Ən mühüm xidmətlər bunlardır;

İnteraktiv xidmət: Dünyanın istənilən yerində və günün istənilən saatında bütün məlumatları sürətli və asan əldə etmə imkanı.

Gündəlik xəbər xülasələri bülleteni: Şirkətvə rəqiblərilə bağlı mətbuatda dərc edilən xəbər, yazı və şərhlər mövzularına görə qruplaşdırılaraq xülasə şəklinə salınır və qısa hesabata çevrilir. Hesabat hər səhər 08:00-da müştərilərə təqdim edilir. Beləliklə, müştəri eyni xəbərləri bir-bir oxuyaraq vaxt itirmir, bütün məlumatları daha sürətlə gözdən keçirmə imkanı əldə edir.

Ani xəbər xidməti (Mailing): Şirkətvə rəqiblərilə bağlı ictimai mediada yayımlanan bütün xəbər və yazılar, şirkət fərqinə əsasən siyahı şəklinə salınaraq istənilən vaxtda elektron məktub kimi müştəriyə çatdırılır.

Daxili şəbəkə: Müştəriyə təqdim edilən mövzuyla bağlı bütün məlumatlar hər səhər təşkilatın daxili şəbəkəsinə yüklənir. Təşkilat bu xəbərləri daxili şəbəkəsində istədiyi kimi nizamlayaraq müştərilərinin istifadəsinə tədqim edir.

İsmarış: Müştərinin ehtiyacına əsasən mühüm xəbərlərin ismarış şəklində göndərildiyi xidmət formasıdır.

Orijinal hissə: Mətbuatda çıxan məlumatlar gündəlik çap edilən hesabat şəklində müştərinin ünvanına çatdırılır.

Arxiv diski: Mətbuatda çıxan məlumatlar MTM-in xüsusi proqram


FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE