Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Təriflənən də BakCELL-dir, şikayət olunan da...

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Şirkət dövlət mobil operatorlar ilə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
 
 
2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 2657 xəbər yerləşdirilib. Bunlardan 90-ı mənfi, 119-u müsbət və 2448-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər operatorlar arasında bu cür bölünüb: 50 xəbər - BakCELL (şikayət var, pulsilmə fırıldağı), 37 xəbər - Nar Mobile (korrupsiya, fırıldaq, ermənilərlə əlaqə), 3 xəbər - AzerCELL (fırıldaq). Müsbət xəbərlərdə isə BakCELL (70 xəbər - 3 kateqoriya üzrə mükafat alıb) və AzerCELL (49 xəbər - ilin mobil operatoru seçilib) fərqləniblər.  
 
Xəbər sayına görə sıralama:
 
  1. AzerCELL                                                                            1340 xəbər
  2. BakCELL                                                                             1020 xəbər
  3. Nar Mobile                                                                            291 xəbər
  4. NaxTel                                                                                  6 xəbər
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 421 xəbər dərc edilib. Bu xəbərlərdən 390-ı neytral, 25-i müsbət, 6-sı isə mənfi xəbərlərdir. Müsbət xəbərlər AzerCELL (13 xəbər - ilin mobil operatoru seçilib) və BakCELL (12 xəbər - 3 kateqoriya üzrə mükafat alıb) mobil operatorlarına məxsusdur. Mənfi xəbərlər arasında lider isə Nar Mobile-dır (4 xəbər - korrupsiya, fırıldaq).
 
Xəbər sayına görə sıralama:
 
  1. AzerCELL                                                                            222 xəbər
  2. BakCELL                                                                             170 xəbər
  3. Nar Mobile                                                                            28 xəbər
  4. NaxTel                                                                                  1 xəbər
 
Dekabr ayında televiziya kanallarında mobil operatorlarla haqqında 12 xəbər göstərilib.
 
Xəbər sayına görə sıralama:
 
1.      AzerCELL                                                                      8 xəbər
2.      BakCELL                                                                       3 xəbər
3.      Nar Mobile                                                                      1 xəbər
 
 



FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE