Istifadəçi adınızı daxil edin

Şifrənizi daxil edin

Universitetlərdə yay tətili ilə bağlı nisbi sakitlikdir...

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
 
Media Təqib Mərkəzi universitetlərlə bağlı avqust ayı üzrə məlumatları təqdim edir.
 
2017-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 5065 xəbər yerləşdirilib. Bunlardan 7 xəbər mənfi, 5058 xəbər isə neytraldır. Mənfi xəbərlər Dövlət Pedaqoji Universiteti (3 xəbər – universitetin Ağcabədi filialından narazılıq var), Azərbaycan Texnologiya Universiteti (2 xəbər – Akif Süleymanovun yeni rüşvət metodu) və Bakı Biznes Universitetinə (2 xəbər – universitetdə özbaşınalıq) məxsusdur. Avqust ayında elektron mətbuatda universitetlərlə bağlı müsbət  xəbər verilməyib.

 
Xəbər sayına görə sıralama:

 
1 Bakı Dövlət Universiteti 670 xəbər
2 Azərbaycan Tibb Universiteti 440 xəbər
3 Azərbaycan Texniki Universiteti 281 xəbər
4 Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 224 xəbər
5 Dövlət İqtisad Universiteti 221 xəbər
6 Azərbaycan Dillər Universiteti 209 xəbər
7 Dövlət Pedaqoji Universiteti 205 xəbər
8 Dövlət Aqrar Universiteti 195 xəbər
9 Dövlət Neft və Sənaye Universiteti 192 xəbər
10 Sumqayıt Dövlət Universiteti 189 xəbər
 
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1138 neytral xəbər dərc edilib. Avqust ayında yazılı mətbuatda universitetlərlə bağlı müsbət  və mənfi xəbər dərc olunmayıb.
 

Xəbər sayına görə sıralama:
 

1 Bakı Dövlət Universiteti 186 xəbər
2 Azərbaycan Texniki Universiteti 85 xəbər
3 Azərbaycan Tibb Universiteti 79 xəbər
4 Dövlət İqtisad Universiteti 71 xəbər
5 Azərbaycan Dillər Universiteti 51 xəbər
6 Mədəniyyət və İncəsənət Universiteti 42 xəbər
7 Bakı Musiqi Akademiyası 41 xəbər
8 Dövlət Aqrar Universiteti 39 xəbər
9 Bakı Ali Neft Məktəbi 38 xəbər
10 Azərbaycan Dövlət Pedaqoji Universiteti 38 xəbər
 
 
Avqust ayında televiziya kanallarında universitetlər haqqında 164 xəbər göstərilib.
 

Xəbər sayına görə sıralama:
 
1 Bakı Dövlət Universiteti 33 xəbər
2 Bakı Musiqi Akademiyası 18 xəbər
3 Dövlət Aqrar Universiteti 11 xəbər
4 Sumqayıt Dövlət Universiteti 10 xəbər
5 Azərbaycan Tibb Universiteti 9 xəbər
6 ADA Universiteti 9 xəbər
7 Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 8 xəbər
8 Bədən Tərbiyəsi və İdman Akademiyası 8 xəbər
9 Dövlət Pedaqoji Universiteti 8 xəbər
10 Bakı Mühəndislik Universiteti 8 xəbər




FEDERATION INTERNATIONALE DES BUREAUX D'EXTRAITS DE PRESSE